Honda Civic

Honda Civic
Honda Civic
Ümumi məlumatlar
İstehsalçı Honda
İstehsal ili 1972–h.h.
Sinfi kompakt
Dizayn
Ban tipi sedan, hetçbek, kupe, universal
Bazarda
Əlaqəli modellər Honda Ballade
Honda Domani
Bənzər modellər Toyota Corolla
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Honda CivicHonda şirkəti tərəfindən istehsal olunan mühərriki köndələninə yerləşdirilən kompakt avtomobil. İlk dəfə 1972-ci ildə təqdim olunub.[1] Bu model sayəsində Honda nəhəng avtomobil istehsalçıları sırasına daxil ola bilib.

Honda Civic-in ilk nəsli 1972-ci ildə buraxılıb. Ön təkərləri aparıcı olan bu model avtomobil Honda şirkətinin əvvəlki avtomobillərindən fərqli olaraq Avropa istehsalı olan avtomobillərlə rəqabətə girə bildi. Maşın zaman-zaman gücü 54–75 a.g. (işçi həcmi 1169–1488 sm³) olan müxtəlif dördsilindirli mühərriklərlə təchiz olunmuşdur.[2]

  1. "History of Civic: First Generation (1972)". Honda Motor Co., Ltd. 2015-12-19 tarixində arxivləşdirilib.
  2. "The Honda Civic – A legend, a time capsule on wheels". Gaadi. 2014-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.

Developed by StudentB